İman kitabı

Peyğəmbərin ﷺ Əbu Talibə şəfaət etməsi və məhz onun sayəsində Əbu Talibin əzabının yüngülləşdirilməsi

حَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ قَالَ سَمِعْتُ الْعَبَّاسَ يَقُولُ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا طَالِبٍ كَانَ يَحُوطُكَ وَيَنْصُرُكَ فَهَلْ نَفَعَهُ ذَلِكَ قَالَ « نَعَمْ وَجَدْتُهُ فِى غَمَرَاتٍ مِنَ النَّارِ فَأَخْرَجْتُهُ إِلَى ضَحْضَاحٍ ».

“Rəvayət edilir ki, Abbas ﵁ demişdir: “Mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi! Əbu Talib səni qoruyar və sənə yardım edərdi. Bu ona fayda verəcəkmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Mən onu Cəhənnəmin dərin bir yerində tapdım və onu dayaz yerə çıxartdım”.”

Abbas
Səhih

İstinad

Muslim, 532 (İman, 431)

Səhih Muslim — İman kitabı