İman kitabı

Müsəlmanlardan bir çoxunun sorğu-sual olunmadan və əzab çəkmədən Cənnətə girəcəyinə dair dəlil

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ أَنَّ أَبَا هُرَيْرَةَ حَدَّثَهُ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « يَدْخُلُ مِنْ أُمَّتِى زُمْرَةٌ هُمْ سَبْعُونَ أَلْفًا تُضِىءُ وُجُوهُهُمْ إِضَاءَةَ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ». قَالَ أَبُو هُرَيْرَةَ فَقَامَ عُكَّاشَةُ بْنُ مِحْصَنٍ الأَسَدِىُّ يَرْفَعُ نَمِرَةً عَلَيْهِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ اجْعَلْهُ مِنْهُمْ » ثُمَّ قَامَ رَجُلٌ مِنَ الأَنْصَارِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سَبَقَكَ بِهَا عُكَّاشَةُ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ümmətimdən yetmiş min nəfərlik bir zümrə Cənnətə girəcək. Onların üzü bədr gecəsindəki ay kimi nur saçacaqdır”. Əbu Hureyra dedi: “Bunu eşidəndə Ukkaşə ibn Mihsən əl-Əsədi əynində olan bəbir dərisinə bənzər bürüncəyinin ətəyini çəkərək ayağa qalxıb dedi: “Ey Allahın Elçisi! Allaha dua et, məni onlardan etsin!” Peyğəmbər ﷺ də: “Allahım! Bunu o kəslərdən et!”, – deyə dua etdi. Sonra ənsardan olan başqa birisi qalxıb: “Ey Allahın Elçisi! Allaha dua et, məni də onlardan etsin!”, – dedi. Peyğəmbər ﷺ buyurdu: “Bu məsələdə Ukkaşə səni qabaqladı”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 544 (İman, 443)

Səhih Muslim — İman kitabı