Cənnət əhlinin yarısını bu ümmətin təşkil etməsi
حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِىِّ حَدَّثَنَا أَبُو الأَحْوَصِ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَا تَرْضَوْنَ أَنْ تَكُونُوا رُبُعَ أَهْلِ الْجَنَّةِ » قَالَ فَكَبَّرْنَا. ثُمَّ قَالَ « أَمَا تَرْضَوْنَ أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ » قَالَ فَكَبَّرْنَا. ثُمَّ قَالَ « إِنِّى لأَرْجُو أَنْ تَكُونُوا شَطْرَ أَهْلِ الْجَنَّةِ وَسَأُخْبِرُكُمْ عَنْ ذَلِكَ مَا الْمُسْلِمُونَ فِى الْكُفَّارِ إِلاَّ كَشَعْرَةٍ بَيْضَاءَ فِى ثَوْرٍ أَسْوَدَ أَوْ كَشَعْرَةٍ سَوْدَاءَ فِى ثَوْرٍ أَبْيَضَ ».
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizə belə buyurdu: “Siz Cənnət əhlinin dörddə biri olmağınıza razı deyilsinizmi?!” Bunu eşidəndə biz: “Allahu Əkbər!”, – dedik. Sonra o buyurdu: “Cənnət əhlinin üçdə biri olmağınıza razı deyilsinizmi?!” Biz yenə: “Allahu Əkbər!”, – dedik. Sonra o buyurdu: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm və mən sizi bundan xəbərdar edəcəyəm. Müsəlmanlar kafirlər arasında qara öküzün dərisindəki ağ tük və ya ağ öküzün dərisindəki qara tük kimidirlər”.”
İstinad
Muslim, 551 (İman, 450)
Səhih Muslim — İman kitabı