Peyğəmbərin ﷺ: “Allah Adəmə belə buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzunu Cəhənnəmə göndərmək üçün ayır” kəlamı
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ الْعَبْسِىُّ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى سَعِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ يَا آدَمُ فَيَقُولُ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ فِى يَدَيْكَ - قَالَ - يَقُولُ أَخْرِجْ بَعْثَ النَّارِ. قَالَ وَمَا بَعْثُ النَّارِ قَالَ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ. قَالَ فَذَاكَ حِينَ يَشِيبُ الصَّغِيرُ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ ». قَالَ فَاشْتَدَّ ذَلِكَ عَلَيْهِمْ. قَالُوا يَا رَسُولَ اللَّهِ أَيُّنَا ذَلِكَ الرَّجُلُ فَقَالَ « أَبْشِرُوا فَإِنَّ مِنْ يَأْجُوجَ وَمَأْجُوجَ أَلْفًا وَمِنْكُمْ رَجُلٌ ». قَالَ ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا رُبُعَ أَهْلِ الْجَنَّةِ ». فَحَمِدْنَا اللَّهَ وَكَبَّرْنَا ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ ». فَحَمِدْنَا اللَّهَ وَكَبَّرْنَا ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا شَطْرَ أَهْلِ الْجَنَّةِ إِنَّ مَثَلَكُمْ فِى الأُمَمِ كَمَثَلِ الشَّعْرَةِ الْبَيْضَاءِ فِى جِلْدِ الثَّوْرِ الأَسْوَدِ أَوْ كَالرَّقْمَةِ فِى ذِرَاعِ الْحِمَارِ ».
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) Allah ﷿ buyuracaq: “Ey Adəm!” Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə düşəcək kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə düşəcək olanlar nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)”. “O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir”. (əl-Həcc, 2). Səhabələrə bu ağır gəldi və onlar: “Ey Allahın Elçisi, hansımız o bir nəfərdən olacaq?”, – deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Sevinin! Heç şübhəsiz ki, sizdən hər bir nəfərin müqabilində Yəcuc və Məcuc tayfalarından min nəfər (Cəhənnəmə atılacaq)”. Sonra Peyğəmbər ﷺ davam edib buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm”. Bunu eşidəndə biz Allaha həmd etdik və təkbir gətirdik. Sonra o buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə Allaha həmd etdik və təkbir gətirdik. Sonra o belə buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Sizinlə əvvəlki ümmətlərin misalı qara öküzün dərisindəki ağ tükün və ya uzunqulağın ayağının iç tərəfində olan dairəvarı ləkənin misalına bənzəyir”.”
İstinad
Muslim, 554 (İman, 453)
Səhih Muslim — İman kitabı