Dəstəmaz almağın və onun ardından namaz qılmağın fəziləti
وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ قَالَ ابْنُ شِهَابٍ وَلَكِنْ عُرْوَةُ يُحَدِّثُ عَنْ حُمْرَانَ أَنَّهُ قَالَ فَلَمَّا تَوَضَّأَ عُثْمَانُ قَالَ وَاللَّهِ لأُحَدِّثَنَّكُمْ حَدِيثًا وَاللَّهِ لَوْلاَ آيَةٌ فِى كِتَابِ اللَّهِ مَا حَدَّثْتُكُمُوهُ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ يَتَوَضَّأُ رَجُلٌ فَيُحْسِنُ وُضُوءَهُ ثُمَّ يُصَلِّى الصَّلاَةَ إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الصَّلاَةِ الَّتِى تَلِيهَا ». قَالَ عُرْوَةُ الآيَةُ {إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى} إِلَى قَوْلِهِ {اللاَّعِنُونَ}.
“Rəvayət edilir ki, Humran ﵀ demişdir: “Osman dəstəmaz aldıqdan sonra dedi: “Allaha and olsun! Sizə elə bir hədis danışacağam ki, əgər Allahın Kitabındakı ayə olmasaydı, vallahi ki, onu sizə danışmazdım. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Gözəl tərzdə dəstəmaz alıb sonra namaz qılan elə bir kəs yoxdur ki, dəstəmaz ilə qılacağı namaz arasındakı günahları bağışlanmasın”. Urva demişdir: “Həmin ayə budur: “Kitabda insanlara bəyan etdikdən sonra, nazil etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də lənət edə bilənlər lənət oxuyarlar!” (əl-Bəqərə, 159)”.”
İstinad
Muslim, 564 (Təharət, 9)
Səhih Muslim — Təmizlənmə kitabı