Dəstəmaz almağın və onun ardından namaz qılmağın fəziləti
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَحْمَدُ بْنُ عَبْدَةَ الضَّبِّىُّ قَالاَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - وَهُوَ الدَّرَاوَرْدِىُّ - عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ أَتَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ بِوَضُوءٍ فَتَوَضَّأَ ثُمَّ قَالَ إِنَّ نَاسًا يَتَحَدَّثُونَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحَادِيثَ لاَ أَدْرِى مَا هِىَ إِلاَّ أَنِّى رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مِثْلَ وُضُوئِى هَذَا ثُمَّ قَالَ « مَنْ تَوَضَّأَ هَكَذَا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَكَانَتْ صَلاَتُهُ وَمَشْيُهُ إِلَى الْمَسْجِدِ نَافِلَةً ». وَفِى رِوَايَةِ ابْنِ عَبْدَةَ أَتَيْتُ عُثْمَانَ فَتَوَضَّأَ.
“Rəvayət edilir ki, Osmanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ demişdir: “Bir dəfə mən Osman ibn Əffana dəstəmaz almaq üçün su gətirdim. O, dəstəmaz aldıqdan sonra dedi: “Bəzi adamlar Allah Elçisindən ﷺ hədislər danışırlar ki, mən bunların nə məna daşıdığını bilmirəm. Ancaq onu deyə bilərəm ki, mən gördüm ki, Allah Elçisi ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldı, sonra da belə buyurdu: “Kim bu cür dəstəmaz alsa, onun keçmiş günahları bağışlanar. Üstəlik, namaz qılmağı və məscidə getməyi onun savabını artırar”. Ravi İbn Abdənin rəvayətində deyilir: “Mən Osmanın yanına gəldim. O, dəstəmaz aldı...””
İstinad
Muslim, 566 (Təharət, 11)
Səhih Muslim — Təmizlənmə kitabı