Dəstəmaz almağın və onun ardından namaz qılmağın fəziləti
حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالاَ جَمِيعًا حَدَّثَنَا شُعْبَةُ عَنْ جَامِعِ بْنِ شَدَّادٍ قَالَ سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ يُحَدِّثُ أَبَا بُرْدَةَ فِى هَذَا الْمَسْجِدِ فِى إِمَارَةِ بِشْرٍ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَتَمَّ الْوُضُوءَ كَمَا أَمَرَهُ اللَّهُ تَعَالَى فَالصَّلوَاتُ الْمَكْتُوبَاتُ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ ». هَذَا حَدِيثُ ابْنِ مُعَاذٍ وَلَيْسَ فِى حَدِيثِ غُنْدَرٍ فِى إِمَارَةِ بِشْرٍ وَلاَ ذِكْرُ الْمَكْتُوبَاتِ.
“Rəvayət edilir ki, Cami ibn Şəddad ﵀ demişdir: “Mən Humran ibn Əbanın, Bişrin əmir olduğu dövrdə, bu məsciddə Əbu Burdəyə belə bir hədis danışdığını eşitdim: “Osman ibn Əffan Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Kim dəstəmazı Uca Allahın əmr etdiyi kimi tam şəkildə yerinə yetirsə, qıldığı vacib buyurulmuş namazlar aralarındakı günahlar üçün kəffarə olar”. Bu, İbn Muazın hədisidir. Ğundərin hədisində isə: “Bişrin əmir olduğu dövrdə” və “vacib buyurulmuş” sözləri yoxdur.”
İstinad
Muslim, 569 (Təharət, 14)
Səhih Muslim — Təmizlənmə kitabı