Təmizlənmə kitabı

Böyük günahlardan çəkinildiyi təqdirdə, beş vaxt namaz, habelə cümə namazı növbəti cüməyədək və Ramazan ayı növbəti ramazanadək arada olan kiçik günahlar üçün kəffarədir

حَدَّثَنِى نَصْرُ بْنُ عَلِىٍّ الْجَهْضَمِىُّ أَخْبَرَنَا عَبْدُ الأَعْلَى حَدَّثَنَا هِشَامٌ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الصَّلَوَاتُ الْخَمْسُ وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Beş vaxt namaz və cümə namazı növbəti cüməyədək arada olan günahların kəffarəsidir”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 573 (Təharət, 18)

Səhih Muslim — Təmizlənmə kitabı