Təmizlənmə kitabı

Dəstəmazdan sonra oxunulması müstəhəb sayılan zikr

وَحَدَّثَنِى أَبُو عُثْمَانَ عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ كَانَتْ عَلَيْنَا رِعَايَةُ الإِبِلِ فَجَاءَتْ نَوْبَتِى فَرَوَّحْتُهَا بِعَشِىٍّ فَأَدْرَكْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا يُحَدِّثُ النَّاسَ فَأَدْرَكْتُ مِنْ قَوْلِهِ « مَا مِنْ مُسْلِمٍ يَتَوَضَّأُ فَيُحْسِنُ وُضُوءَهُ ثُمَّ يَقُومُ فَيُصَلِّى رَكْعَتَيْنِ مُقْبِلٌ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ ». قَالَ فَقُلْتُ مَا أَجْوَدَ هَذِهِ. فَإِذَا قَائِلٌ بَيْنَ يَدَىَّ يَقُولُ الَّتِى قَبْلَهَا أَجْوَدُ. فَنَظَرْتُ فَإِذَا عُمَرُ قَالَ إِنِّى قَدْ رَأَيْتُكَ جِئْتَ آنِفًا قَالَ « مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ فَيُبْلِغُ - أَوْ فَيُسْبِغُ - الْوُضُوءَ ثُمَّ يَقُولُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ إِلاَّ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Dəvələri otarmaq bizə həvalə edilmişdi. Mənim növbəm gəlib çatdıqda və mən vəzifəmi yerinə yetirdikdən sonra axşamüstü dəvələri sürüb tövləyə apardım. Sonra Allah Elçisinin ﷺ yanına getdim və onun ayaq üstə durub camaata öyüd-nəsihət verdiyini gördüm. Söylədiklərindən eşitdiyim isə bu oldu: “Hansı müsəlman dəstəmaz alar və onu gözəl şəkildə yerinə yetirər, sonra da qalxıb qəlbi və üzü ilə namaza yönələrək iki rükət namaz qılarsa, Cənnət mütləq ona vacib olar”. Uqbə dedi: “Mən öz-özümə: “Bu nə gözəl sözlərdir!”, – dedim. Birdən qarşımda oturan adam mənə dedi: “Bundan əvvəlki daha gözəl idi”. Baxdım ki, bu, Ömərdir. O dedi: “Mən sənin bir qədər əvvəl gəldiyini gördüm. Sən gəlməmişdən qabaq Allah Elçisi ﷺ belə buyurdu: “Hansı biriniz dəstəmaz alar və dəstəmazını kamil şəkildə yerinə yetirər, sonra da: “Əşhədu ən lə iləhə illəllah və ənnə Muhəmmədən abdullahi və Rasuluhu!”, – deyərsə, Cənnətin səkkiz qapısı onun üçün açılar və o hansından istəsə, oradan Cənnətə daxil olar”.”

Uqbə ibn Amir
Səhih

İstinad

Muslim, 576 (Təharət, 21)

Səhih Muslim — Təmizlənmə kitabı