Təmizlənmə kitabı

Dəstəmaz aldıqda üz, əl və ayaqlardakı nuru artırmağın müstəhəb olması

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَسُرَيْجُ بْنُ يُونُسَ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَلِىُّ بْنُ حُجْرٍ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ - أَخْبَرَنِى الْعَلاَءُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى الْمَقْبُرَةَ فَقَالَ « السَّلاَمُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ وَدِدْتُ أَنَّا قَدْ رَأَيْنَا إِخْوَانَنَا ». قَالُوا أَوَلَسْنَا إِخْوَانَكَ يَا رَسُولَ اللَّهِ قَالَ « أَنْتُمْ أَصْحَابِى وَإِخْوَانُنَا الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ ». فَقَالُوا كَيْفَ تَعْرِفُ مَنْ لَمْ يَأْتِ بَعْدُ مِنْ أُمَّتِكَ يَا رَسُولَ اللَّهِ فَقَالَ « أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلاً لَهُ خَيْلٌ غُرٌّ مُحَجَّلَةٌ بَيْنَ ظَهْرَىْ خَيْلٍ دُهْمٍ بُهْمٍ أَلاَ يَعْرِفُ خَيْلَهُ ». قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّهُمْ يَأْتُونَ غُرًّا مُحَجَّلِينَ مِنَ الْوُضُوءِ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ أَلاَ لَيُذَادَنَّ رِجَالٌ عَنْ حَوْضِى كَمَا يُذَادُ الْبَعِيرُ الضَّالُّ أُنَادِيهِمْ أَلاَ هَلُمَّ. فَيُقَالُ إِنَّهُمْ قَدْ بَدَّلُوا بَعْدَكَ. فَأَقُولُ سُحْقًا سُحْقًا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qəbiristanlığa gəlib dedi: “Salam olsun sizə, bu diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq. Qardaşlarımızı görməyimizə ümid edirəm!” Səhabələr soruşdular: “Biz sənin qardaşların deyilikmi, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ dünyaya gəlməmiş kəslərdir”. Səhabələr soruşdular: “Hələ dünyaya gəlməmiş kəslərin sənin ümmətindən olduğunu necə tanıyacaqsan, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bir deyin görək, əgər bir adamın alnında və ayaqlarında ağ ləkə olan atları olsa və bu atlar rənginə başqa rəng qarışmamış qapqara atların arasında olarsa, o adam öz atını tanımazmı?” Səhabələr: “Bəli, tanıyar, ey Allahın Elçisi!”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Şübhəsiz ki, onlar da (Qiyamət günü) dəstəmaz aldıqlarına görə üzləri parlaq, əlləri və ayaqları nurlu halda gələcəklər. Hamıdan əvvəl hovuzun başına gələn kəs mən olacağam. Bilin ki, bir çox insan mənim hovuzumun yanından itmiş dəvənin qovulduğu kimi qovulacaqlar. Mən: “Haydı, buraya gəlin!”, – deyə onları səsləyəcəyəm. Mənə deyiləcək: “Onlar səndən sonra (dində) dəyişikliklər etmişlər”. Onda mən deyəcəyəm: “Allah (onları məndən) uzaq eləsin, uzaq!””

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 607 (Təharət, 52)

Səhih Muslim — Təmizlənmə kitabı