Təmizlənmə kitabı

Dəstəmazı kamil şəkildə almağa əngəl törədən bütün çətinliklərə baxmayaraq, kamil şəkildə dəstəmaz almağın fəziləti

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ - أَخْبَرَنِى الْعَلاَءُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَلاَ أَدُلُّكُمْ عَلَى مَا يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ ». قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ « إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ فَذَلِكُمُ الرِّبَاطُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ səhabələrinə buyurdu: “Allahın, sayəsində günahları silib dərəcələri artıracağı şeyi sizə öyrədimmi?” Onlar: “Bəli, ey Allahın Elçisi!”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Çətinliklərə rəğmən dəstəmazı kamil şəkildə almaq, məscidlərə getdikdə addımları çoxaltmaq və namazdan sonra növbəti namazı gözləməkdir. Bunlar keşiyində durulmağa layiq işlərdir”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 610 (Təharət, 55)

Səhih Muslim — Təmizlənmə kitabı