Misvak
حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا أَبُو الْمُتَوَكِّلِ أَنَّ ابْنَ عَبَّاسٍ حَدَّثَهُ أَنَّهُ بَاتَ عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَقَامَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ آخِرِ اللَّيْلِ فَخَرَجَ فَنَظَرَ فِى السَّمَاءِ ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ فِى آلِ عِمْرَانَ {إِنَّ فِى خَلْقِ السَّمَوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ} حَتَّى بَلَغَ {فَقِنَا عَذَابَ النَّارِ} ثُمَّ رَجَعَ إِلَى الْبَيْتِ فَتَسَوَّكَ وَتَوَضَّأَ ثُمَّ قَامَ فَصَلَّى ثُمَّ اضْطَجَعَ ثُمَّ قَامَ فَخَرَجَ فَنَظَرَ إِلَى السَّمَاءِ فَتَلاَ هَذِهِ الآيَةَ ثُمَّ رَجَعَ فَتَسَوَّكَ فَتَوَضَّأَ ثُمَّ قَامَ فَصَلَّى.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ bir gecə Peyğəmbərin ﷺ yanında gecələmiş və gördüklərini belə rəvayət etmişdir: “Allahın Peyğəmbəri ﷺ gecənin axırında qalxıb bayıra çıxdı və səmaya baxdı, sonra da “Ali-İmran” surəsinin bu ayələrini oxudu: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm əzabından qoru!” (Ali-İmran, 190-191). Sonra evə qayıtdı, misvakdan istifadə etdi və dəstəmaz aldı. Sonra qalxıb namaz qıldı. Sonra da uzanıb yatdı. Bir müddətdən sonra qalxıb yenə eşiyə çıxdı və səmaya baxdı. Bir daha bu ayələri oxudu. Sonra qayıdıb misvaklandı və dəstəmaz aldı. Sonra namaza durdu”.”
İstinad
Muslim, 619 (Təharət, 64)
Səhih Muslim — Təmizlənmə kitabı