Kəkilə və əmmaməyə məsh çəkmək
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ بَزِيعٍ حَدَّثَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - حَدَّثَنَا حُمَيْدٌ الطَّوِيلُ حَدَّثَنَا بَكْرُ بْنُ عَبْدِ اللَّهِ الْمُزَنِىُّ عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ عَنْ أَبِيهِ قَالَ تَخَلَّفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَخَلَّفْتُ مَعَهُ فَلَمَّا قَضَى حَاجَتَهُ قَالَ « أَمَعَكَ مَاءٌ ». فَأَتَيْتُهُ بِمَطْهَرَةٍ فَغَسَلَ كَفَّيْهِ وَوَجْهَهُ ثُمَّ ذَهَبَ يَحْسِرُ عَنْ ذِرَاعَيْهِ فَضَاقَ كُمُّ الْجُبَّةِ فَأَخْرَجَ يَدَهُ مِنْ تَحْتِ الْجُبَّةِ وَأَلْقَى الْجُبَّةَ عَلَى مَنْكِبَيْهِ وَغَسَلَ ذِرَاعَيْهِ وَمَسَحَ بِنَاصِيَتِهِ وَعَلَى الْعِمَامَةِ وَعَلَى خُفَّيْهِ ثُمَّ رَكِبَ وَرَكِبْتُ فَانْتَهَيْنَا إِلَى الْقَوْمِ وَقَدْ قَامُوا فِى الصَّلاَةِ يُصَلِّى بِهِمْ عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ وَقَدْ رَكَعَ بِهِمْ رَكْعَةً فَلَمَّا أَحَسَّ بِالنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَهَبَ يَتَأَخَّرُ فَأَوْمَأَ إِلَيْهِ فَصَلَّى بِهِمْ فَلَمَّا سَلَّمَ قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقُمْتُ فَرَكَعْنَا الرَّكْعَةَ الَّتِى سَبَقَتْنَا.
“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Səfərlərin birində Allah Elçisi ﷺ camaatdan geri qaldı. Mən də onunla birlikdə geri qaldım. O, təbii ehtiyacını ödədikdən sonra məndən soruşdu: “Yanında su varmı?” Mən də ona bir cürdək su gətirdim. O, əllərini və üzünü yudu. Sonra cübbəsinin qollarını çırmalamağa çalışdı, lakin onun qolları dar gəldi. Odur ki, əllərini cübbənin aşağısından çıxartdı və cübbəni çiyninə saldı. Sonra qollarını yudu, kəkilinə və əmmamənin üzərinə məsh çəkdi, həmçinin xufların üzərinə də məsh çəkdi. Sonra o, dəvəsinə mindi, mən də öz heyvanıma mindim. Biz gəlib camaata onlar artıq namaza durduqları vaxt yetişdik. Namazı onlara Abdur-Rahmən ibn Auf qıldırırdı. Artıq bir rükət qıldırmışdı. O, Peyğəmbərin ﷺ gəldiyini hiss etdikdə Peyğəmbər ﷺ önə keçsin deyə arxaya çəkilməyə başladı. Peyğəmbər ﷺ əli ilə ona yerində qalması üçün işarə etdi. Beləliklə, namazı camaata (Abdur-Rahmən ibn Auf) qıldırdı. O, salam verdikdə Peyğəmbər ﷺ (salam vermədən) ayağa qalxdı, mən də onunla bərabər ayağa qalxdım və buraxdığımız rükəti qıldıq”.”
İstinad
Muslim, 656 (Təharət, 101)
Səhih Muslim — Təmizlənmə kitabı