Dəstəmaz alanın və başqasının murdar olduğuna şübhə etdiyi əlini üç dəfə yumadan su qabının içinə salmağının bəyənilməməsi
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرٍ ح وَحَدَّثَنَا الْحُلْوَانِىُّ وَابْنُ رَافِعٍ قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالاَ جَمِيعًا أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى زِيَادٌ أَنَّ ثَابِتًا مَوْلَى عَبْدِ الرَّحْمَنِ بْنِ زَيْدٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ فِى رِوَايَتِهِمْ جَمِيعًا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِهَذَا الْحَدِيثِ كُلُّهُمْ يَقُولُ حَتَّى يَغْسِلَهَا. وَلَمْ يَقُلْ وَاحِدٌ مِنْهُمْ ثَلاَثًا. إِلاَّ مَا قَدَّمْنَا مِنْ رِوَايَةِ جَابِرٍ وَابْنِ الْمُسَيَّبِ وَأَبِى سَلَمَةَ وَعَبْدِ اللَّهِ بْنِ شَقِيقٍ وَأَبِى صَالِحٍ وَأَبِى رَزِينٍ فَإِنَّ فِى حَدِيثِهِمْ ذِكْرَ الثَّلاَثِ.
“Əbu Hureyra ﵁ Peyğəmbərdən ﷺ yuxarıdakı hədisini rəvayət etmişdir. Bu hədisdə ravilərin hamısı “əlini yumadıqca” sözünü rəvayət etmiş, lakin heç biri: “üç dəfə” sözünü qeyd etməmişdir. Ancaq yuxarıda təqdim etdiyimiz isnadlardakı rəvayətlərdə “üç dəfə” sözü qeyd edilmişdir.”
İstinad
Muslim, 673 (Təharət, 118)
Səhih Muslim — Təmizlənmə kitabı