Məscidə bulaşan sidiyi və digər nəcasətləri yumağın vacibliyi və sidik batmış yerin qazılmasına lüzum olmadan su ilə təmizlənməsi
حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ الْحَنَفِىُّ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ حَدَّثَنَا إِسْحَاقُ بْنُ أَبِى طَلْحَةَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ - وَهُوَ عَمُّ إِسْحَاقَ - قَالَ بَيْنَمَا نَحْنُ فِى الْمَسْجِدِ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ جَاءَ أَعْرَابِىٌّ فَقَامَ يَبُولُ فِى الْمَسْجِدِ فَقَالَ أَصْحَابُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَهْ مَهْ. قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تُزْرِمُوهُ دَعُوهُ ». فَتَرَكُوهُ حَتَّى بَالَ. ثُمَّ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَعَاهُ فَقَالَ لَهُ « إِنَّ هَذِهِ الْمَسَاجِدَ لاَ تَصْلُحُ لِشَىْءٍ مِنْ هَذَا الْبَوْلِ وَلاَ الْقَذَرِ إِنَّمَا هِىَ لِذِكْرِ اللَّهِ عَزَّ وَجَلَّ وَالصَّلاَةِ وَقِرَاءَةِ الْقُرْآنِ ». أَوْ كَمَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ فَأَمَرَ رَجُلاً مِنَ الْقَوْمِ فَجَاءَ بِدَلْوٍ مِنْ مَاءٍ فَشَنَّهُ عَلَيْهِ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisi ﷺ ilə birlikdə məsciddə olarkən bir bədəvi gəldi və məscidin içində kiçik subaşına çıxmağa başladı. Allah Elçisinin ﷺ səhabələri ona: “Dayan, dayan!”, – deyə qışqırdılar. Allah Elçisi ﷺ səhabələrinə dedi: “Ona mane olmayın, onunla işiniz olmasın!” Bədəvi sidiyə çıxıb qurtaranadək səhabələr ona dəymədilər. Sonra Allah Elçisi ﷺ onu yanına çağırdı və ona belə buyurdu: “Sidik və murdar olan heç bir şey bu məscidlərə bulaşmamalıdır. Bu yerlər Allahı ﷿ zikr etmək, namaz qılmaq və Quran oxumaq üçündür”. Yaxud Allah Elçisi ﷺ dediyi kimidir. Sonra Allah Elçisi ﷺ səhabələrdən birinə bir vedrə su gətirməyi əmr etdi və onu sidiyin üstünə tökdü”.”
İstinad
Muslim, 687 (Təharət, 132)
Səhih Muslim — Təmizlənmə kitabı