İnsanlardan uzaqlaşmadan təbii ehtiyacı ödəməyin icazəli olması
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ قَالَ : أَنْبَأَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنْ حُذَيْفَةَ قَالَ : كُنْتُ أَمْشِي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَانْتَهَى إِلَى سُبَاطَةِ قَوْمٍ فَبَالَ قَائِمًا فَتَنَحَّيْتُ عَنْهُ ، فَدَعَانِي وَكُنْتُ عِنْدَ عَقِبَيْهِ حَتَّى فَرَغَ ، ثُمَّ تَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ.
“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisi ﷺ ilə birlikdə piyada gedirdim. O, bir qövmün çör-çöp atdığı yerə çatdıqda orada ayaq üstə kiçik subaşına çıxdı. Mən kənara çəkildikdə o, məni çağırdı. O, qurtaranadək mən onun arxa tərəfində dayandım. Sonra o, dəstəmaz alıb xufları üzərinə məsh çəkdi”.”
İstinad
Nəsəi, 18 (Təharət, 18)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı