Evlərdə (və qapalı yerlərdə) təbii ehtiyacı ödəyərkən üzü qibləyə çevirməyin icazəli olması
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ قَالَ : لَقَدِ ارْتَقَيْتُ عَلَى ظَهْرِ بَيْتِنَا ، فَرَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى لَبِنَتَيْنِ مُسْتَقْبِلَ بَيْتِ الْمَقْدِسِ لِحَاجَتِهِ.
“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir dəfə mən evimizin damına çıxdım və Allah Elçisini ﷺ təbii ehtiyacını ödəmək üçün üzünü Beytul-Məqdisə tərəf çevirərək iki kərpicin üstündə (çömbələn) gördüm”.”
İstinad
Nəsəi, 23 (Təharət, 23)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı