Əmr olunduğu kimi dəstəmaz almağın mükafatı
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ سُفْيَانَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَاصِمِ بْنِ سُفْيَانَ الثَّقَفِيِّ : أَنَّهُمْ غَزَوْا غَزْوَةَ السُّلاَسِلِ فَفَاتَهُمُ الْغَزْوُ فَرَابَطُوا ، ثُمَّ رَجَعُوا إِلَى مُعَاوِيَةَ وَعِنْدَهُ أَبُو أَيُّوبَ وَعُقْبَةُ بْنُ عَامِرٍ ، فَقَالَ عَاصِمٌ : يَا أَبَا أَيُّوبَ فَاتَنَا الْغَزْوُ الْعَامَ ، وَقَدْ أُخْبِرْنَا أَنَّهُ مَنْ صَلَّى فِي الْمَسَاجِدِ الأَرْبَعَةِ غُفِرَ لَهُ ذَنْبُهُ . فَقَالَ : يَا ابْنَ أَخِي ، أَدُلُّكَ عَلَى أَيْسَرَ مِنْ ذَلِكَ إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ تَوَضَّأَ كَمَا أُمِرَ ، وَصَلَّى كَمَا أُمِرَ غُفِرَ لَهُ مَا قَدَّمَ مِنْ عَمَلٍ أَكَذِلَكَ يَا عُقْبَةُ ؟ قَالَ : نَعَمْ.
“Asim ibn Sufyan əs-Səqafi ﵀ rəvayət edir ki, onlar (Muaviyənin dövründə baş vermiş) Sələsil döyüşündə iştirak etməyib, atlarını sərhəddə bağlı saxlamışdılar (sərhəddə məskən salaraq yerləşmişdilər). Onlar bu əməllərini günah sayıb peşman halda Muaviyənin yanına qayıtdılar. Əbu Əyyub və Uqbə ibn Amir də Muaviyənin yanında idilər. Asim dedi: “Ey Əbu Əyyub, bu ilki döyüşü ötürdük. Bizə çatıb ki: “Kim bu dörd məsciddə (Məkkə, Mədinə, Qüds və Qubə) namaz qılarsa, günahları bağışlanar”. Əbu Əyyub dedi: “Ey qardaş oğlu, bundan daha asanını sənə xəbər verimmi? Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim əmr olunduğu kimi gözəl şəkildə dəstəmaz alar, əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar”. Elədirmi, ey Uqbə?” Uqbə ibn Amir: “Bəli”- dedi”.”
İstinad
Nəsəi, 144 (Təharət, 144)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı