Dəstəmazın zinəti (nuru)
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ إِلَى الْمَقْبُرَةِ فَقَالَ : السَّلاَمُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ ، وَدِدْتُ أَنِّي قَدْ رَأَيْتُ إِخْوَانَنَا . قَالُوا يَا رَسُولَ اللهِ ، أَلَسْنَا إِخْوَانَكَ ؟ قَالَ : بَلْ أَنْتُمْ أَصْحَابِي وَإِخْوَانِي الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ . قَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ تَعْرِفُ مَنْ يَأْتِي بَعْدَكَ مِنْ أُمَّتِكَ ؟ قَالَ : أَرَأَيْتَ لَوْ كَانَ لِرَجُلٍ خيْلٌة غُرٌّ مُحَجَّلَةٌ فِي خَيْلٍ بُهْمٍ دُهْمٍ أَلاَ يَعْرِفُ خَيْلَهُ ؟ قَالُوا : بَلَى . قَالَ : فَإِنَّهُمْ يَأْتُونَ يَوْمَ الْقِيَامَةِ غُرًّا مُحَجَّلِينَ مِنَ الْوُضُوءِ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ qəbiristanlığa tərəf çıxdı və dedi: “Salam olsun sizə, (bu) diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq. Mən qardaşlarımı görmək istəyərdim”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, biz sənin qardaşların deyilikmi?” Peyğəmbər ﷺ buyurdu: “Əksinə, siz mənim səhabələrimsiniz. Qardaşlarım isə hələ (dünyaya) gəlməmiş kimsələrdir. Mən onları hovuzun ətrafında qarşılayacağam”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, hələ (dünyaya) gəlməmiş kimsələrin sənin ümmətindən olduğunu necə tanıyacaqsan?” Peyğəmbər ﷺ buyurdu: “Bir deyin görək, əgər bir adamın alnında və ayaqlarında ağ ləkə olan atları olsa və bu atlar, rənginə başqa rəng qarışmamış qapqara atların arasında olarsa, o adam öz atını tanımazmı?” Səhabələr: “Bəli, tanıyar!”- deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Heç şübhəsiz ki, onlar da dəstəmaz aldıqlarına görə Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu halda (məhşərə) gələcəklər. Mən onları Hovuzun yanında qarşılayacam”.”
İstinad
Nəsəi, 150 (Təharət, 150)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı