Məzinin dəstəmazı pozub-pozmaması
أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللهِ الْمَرْوَزِيُّ ، عَنْ مَالِكٍ وَهُوَ ابْنُ أَنَسٍ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنِ الْمِقْدَادِ بْنِ الأَسْوَدِ ، أَنَّ عَلِيًّا أَمَرَهُ أَنْ يَسْأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ إِذَا دَنَا مِنْ أَهْلِهِ فَخَرَجَ مِنْهُ الْمَذْيُ مَاذَا عَلَيْهِ ؟ - فَإِنَّ عِنْدِي ابْنَتَهُ وَأَنَا أَسْتَحِي أَنْ أَسْأَلَهُ - فَسَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ فَقَالَ : إِذَا وَجَدَ أَحَدُكُمْ ذَلِكَ فَلْيَنْضَحْ فَرْجَهُ وَيَتَوَضَّأْ وُضُوءَهُ لِلصَّلاَةِ.
“Miqdad ibn əl-Əsvəd ﵁ rəvayət edir ki, Əli ona dedi ki, Allah Elçisindən ﷺ zövcəsi ilə (cinsi əlaqə olmadan) oynaşan və bu zaman özündən məzi ifraz olan kişinin nə edəcəyi haqda soruşsun. Əli dedi: “Allah Elçisinin ﷺ qızı məndə ərdə idi və mən bunu ondan soruşmağa həya edirdim”. Miqdad dedi: “Mən Allah Elçisindən ﷺ bu haqda soruşdum. O dedi: “Sizdən biriniz övrət yerində bir şey görsə, qoy övrət yerini yusun və namaz üçün aldığı dəstəmaz kimi dəstəmaz alsın”.”
İstinad
Nəsəi, 156 (Təharət, 156)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı