Qüsl alarkən sonda ayaqların kənarda yuyulması
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا عِيسَى ، عَنِ الأَعْمَشِ ، عَنْ سَالِمٍ ، عَنْ كُرَيْبٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : حَدَّثَتْنِي خَالَتِى مَيْمُونَةُ قَالَتْ : أَدْنَيْتُ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلَهُ مِنَ الْجَنَابَةِ ، فَغَسَلَ كَفَّيْهِ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ، ثُمَّ أَدْخَلَ بِيَمِينِهِ فِي الإِنَاءِ فَأَفْرَغَ بِهَا عَلَى فَرْجِهِ ، ثُمَّ غَسَلَهُ بِشِمَالِهِ ، ثُمَّ ضَرَبَ بِشِمَالِهِ الأَرْضَ فَدَلَكَهَا دَلْكًا شَدِيدًا ، ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ، ثُمَّ أَفْرَغَ عَلَى رَأْسِهِ ثَلاَثَ حَثَيَاتٍ مِلْءَ كَفِّهِ ، ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ ، ثُمَّ تَنَحَّى عَنْ مَقَامِهِ ، فَغَسَلَ رِجْلَيْهِ . قَالَتْ : ثُمَّ أَتَيْتُهُ بِالْمِنْدِيلِ فَرَدَّهُ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Xalam Məymunə dedi: “Mən cənabət halından qüsl almaq üçün su qabını Allah Elçisinə ﷺ yaxınlaşdırdım. O, ovuclarını iki və ya üç dəfə yudu, sonra sağ əlini qabın içinə salıb övrət yerinə su töküb sol əli ilə oranı yudu. Sonra sol əlini yerə vurub onu yaxşıca təmizlədi. Sonra namaz üçün alınan dəstəmaz kimi dəstəmaz aldı. Sonra başına üç ovuc dolusu su tökdü, sonra bədəninin qalan hissələrini yudu. Sonra yuyunduğu yerdən qırağa çəkilib ayaqlarını yudu”. Məymunə dedi: “Sonra mən onun üçün dəsmal gətirdikdə o, dəsmalı götürmədi”.”
İstinad
Nəsəi, 253 (Təharət, 253)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı