Təmizlənmə kitabı

Heyz olan qadının öz əri ilə birlikdə yeyib-içməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ الْمِقْدَامِ بْنِ شُرَيْحِ بْنِ هَانِئٍ ، عَنْ أَبِيهِ ، عَنْ شُرَيْحٍ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا سَأَلْتُهَا : هَلْ تَأْكُلُ الْمَرْأَةُ مَعَ زَوْجِهَا وَهِيَ طَامِثٌ ؟ قَالَتْ : نَعَمْ , كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُونِي فَآكُلُ مَعَهُ وَأَنَا عَارِكٌ ، وَكَانَ يَأْخُذُ الْعَرْقَ فَيُقْسِمُ عَلَيَّ فِيهِ فَأَعْتَرِقُ مِنْهُ ، ثُمَّ أَضَعُهُ فَيَأْخُذُهُ فَيَعْتَرِقُ مِنْهُ وَيَضَعُ فَمَهُ حَيْثُ وَضَعْتُ فَمِي مِنَ الْعَرْقِ ، وَيَدْعُو بِالشَّرَابِ فَيُقْسِمُ عَلَيَّ فِيهِ قَبْلَ أَنْ يَشْرَبَ مِنْهُ ، فَآخُذُهُ فَأَشْرَبُ مِنْهُ ، ثُمَّ أَضَعُهُ فَيَأْخُذُهُ فَيَشْرَبُ مِنْهُ ، وَيَضَعُ فَمَهُ حَيْثُ وَضَعْتُ فَمِي مِنَ الْقَدَحِ.

“Şureyh ﵀ rəvayət edir ki, Aişədən ﵂ soruşdu: “Qadın heyz halında olarkən öz əri ilə yeyib-içə bilərmi?” O dedi: “Bəli, mən heyz halında olarkən Allah Elçisi ﷺ məni çağırar və birlikdə yemək yeyərdik. O, bir dişləm götürdükdən sonra (ət parçasını) mənə verər, mən də bir dişləm götürdükdən sonra ona verərdim. Sonra o, mən dişlədiyim yerə ağzını qoyar və oradan dişləyərdi. Sonra su içdikdə özü içməmişdən qabaq suyu mənə verər, mən də bu sudan içərdim. İçdikdən sonra onu yerə qoyardım, o isə mənim ağzım dəyən yerdən içərdi”.”

Şureyh
Səhih

İstinad

Nəsəi, 279 (Təharət, 279)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı