Təmizlənmə kitabı

Ehramda olan qadın heyz olduqda nə etməlidir?

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ نُرَى إِلاَّ الْحَجَّ ، فَلَمَّا كَانَ بِسَرِفَ حِضْتُ ، فَدَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِي . فَقَالَ : مَا لَكِ أَنَفِسْتِ ؟ فَقُلْتُ : نَعَمْ . قَالَ : هَذَا أَمَرٌ كَتَبَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى بَنَاتِ آدَمَ فَاقْضِي مَا يَقْضِي الْحَاجُّ غَيْرَ أَنَّ لاَ تَطُوفِي بِالْبَيْتِ وَضَحَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ نِسَائِهِ بِالْبَقَرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə həcc etmək üçün yola düşdük. Sərif deyilən yerə çatdıqda mən heyz oldum. Allah Elçisi ﷺ mənim yanıma gəldikdə mən ağlayırdım. O dedi: “Sənə nə olub, heyz olmusan?” Mən də: “Bəli”- dedim. O dedi: “Bu, Allahın ﷿ Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən, Evi (Kəbəni) təvaf etməkdən başqa hacıların yerinə yetirdiyi (həcc əməllərinin hamısını) yerinə yetir”. Sonra Allah Elçisi ﷺ zövcələrinin adından (qurban olaraq) bir inək kəsdi”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 290 (Təharət, 290)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı