Təmizlənmə kitabı

Təyəmmüm almağın (icazəli olmasının) başlanması

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَعْضِ أَسْفَارِهِ ، حَتَّى إِذَا كُنَّا بِالْبَيْدَاءِ أَوْ ذَاتِ الْجَيْشِ انْقَطَعَ عِقْدٌ لِي ، فَأَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْتِمَاسِهِ وَأَقَامَ النَّاسُ مَعَهُ ، وَلَيْسُوا عَلَى مَاءٍ وَلَيْسَ مَعَهُمْ مَاءٌ ، فَأَتَى النَّاسُ أَبَا بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالُوا : أَلاَ تَرَى مَا صَنَعَتْ عَائِشَةُ ؟ أَقَامَتْ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِالنَّاسِ وَلَيْسُوا عَلَى مَاءٍ وَلَيْسَ مَعَهُمْ مَاءٌ ، فَجَاءَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاضِعٌ رَأْسَهُ عَلَى فَخِذِي قَدْ نَامَ ، فَقَالَ : حَبَسْتِ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسَ ، وَلَيْسُوا عَلَى مَاءٍ وَلَيْسَ مَعَهُمْ مَاءٌ . قَالَتْ عَائِشَةُ : فَعَاتَبَنِي أَبُو بَكْرٍ وَقَالَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ ، وَجَعَلَ يَطْعُنُ بِيَدِهِ فِي خَاصِرَتِي فَمَا مَعْنى مِنَ التَّحَرُّكِ إِلاَّ مَكَانُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى فَخِذِي ، فَنَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَصْبَحَ عَلَى غَيْرِ مَاءٍ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ آيَةَ التَّيَمُّمِ فَقَالَ أُسَيْدُ بْنُ حُضَيْرٍ : مَا هِيَ بِأَوَّلِ بَرَكَتِكُمْ يَا آلَ أَبِي بَكْرٍ . قَالَتْ : فَبَعَثْنَا الْبَعِيرَ الَّذِي كُنْتُ عَلَيْهِ فَوَجَدْنَا الْعِقْدَ تَحْتَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə bəzi səfərlərə çıxardım. Biz Beyda və ya Zatul-Ceyş adlı yerə çatdıqda, boyunbağım itdi. Allah Elçisi ﷺ onu axtarmaq üçün ayağa durdu və insanlar da onunla birlikdə ayağa durdular. Onların özləri ilə və ətraflarında suları yox idi. İnsanlar Əbu Bəkrin ﵁ yanına gəlib dedilər: “Sən görmürsən ki, Aişə nə etdi?! Allah Elçisi ﷺ dayandığına görə insanlar da onunla dayanıblar. Halbuki insanların ətrafında və özləri ilə suları yoxdur”. Əbu Bəkr ﵁ Allah Elçisinin ﷺ yanına gəldi, bu vaxt Allah Elçisi ﷺ başını Aişənin dizinə qoyub yatmışdı. Əbu Bəkr Aişəyə dedi: “Sənə görə Allah Elçisi ﷺ və insanlar dayanıblar. Halbuki özlərində və ətraflarında suları yoxdur”. Aişə dedi: “Atam Əbu Bəkr məni qınayıb bəzi sözlər dedi və böyrümü də dürtmələdi. Allah Elçisinin ﷺ başı dizlərimin üstündə olduğuna görə tərpənə bilmirdim. Allah Elçisi ﷺ yatmışdı, oyandıqda bizim suyumuz yox idi. Sonra Allah ﷿ təyəmmüm ayəsini nazil etdi. Useyd ibn Hudeyr dedi: “Bu sizin birinci bərəkətiniz deyil, ey Əbu Bəkr ailəsi!” Aişə dedi: “Biz miniyimiz olan dəvəni qaldırdıqda boyunbağını onun altından tapdıq”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 310 (Təharət, 310)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı