Səfərdə olarkən təyəmmüm almaq
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنِ ابْنِ شِهَابٍ قَالَ : حَدَّثَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنْ عَمَّارٍ قَالَ : عَرَّسَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأُولاَتِ الْجَيْشِ وَمَعَهُ عَائِشَةُ زَوْجَتُهُ فَانْقَطَعَ عِقْدُهَا مِنْ جَزْعِ ظِفَارِ ، فَحُبِسَ النَّاسُ ابْتِغَاءَ عِقْدِهَا ذَلِكَ حَتَّى أَضَاءَ الْفَجْرُ ، وَلَيْسَ مَعَ النَّاسِ مَاءٌ ، فَتَغَيَّظَ عَلَيْهَا أَبُو بَكْرٍ فَقَالَ : حَبَسْتِ النَّاسَ وَلَيْسَ مَعَهُمْ مَاءٌ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ رُخْصَةَ التَّيَمُّمِ بِالصَّعِيدِ قَالَ : فَقَامَ الْمُسْلِمُونَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَضَرَبُوا بِأَيْدِيهِمُ الأَرْضَ ، ثُمَّ رَفَعُوا أَيْدِيَهُمْ وَلَمْ يَنْفُضُوا مِنَ التُّرَابِ شَيْئًا ، فَمَسَحُوا بِهَا وُجُوهَهُمْ وَأَيْدِيَهُمْ إِلَى الْمَنَاكِبِ ، وَمِنْ بُطُونِ أَيْدِيهِمْ إِلَى الآبَاطِ.
“Rəvayət edilir ki, Ammər ibn Yasir ﵁ demişdir: “Allah Elçisi ﷺ zövcəsi Aişə ilə birlikdə səfərdə idi. Ulatul-Ceyş adlı yerə çatdıqda Aişənin heyvan dırnaqlarından düzəldilmiş boyunbağısı qırılıb itdi. İnsanlar Sübh vaxtı gələnə qədər onu axtardılar. Onların yanında su yox idi. Əbu Bəkr qəzəblənərək dedi: “(Ey Aişə!) Sənə görə insanlar yanlarında su olmadığı halda burda qalıblar”. Bu zaman Allah ﷿ torpaqla təyəmmüm etməyin icazəli olması ayəsini endirdi. Müsəlmanlar Allah Elçisi ﷺ ilə birlikdə qalxıb əllərini torpağa vurdular, sonra əllərini qaldırdılar və əllərində torpaqdan heç nə qalmadı. (Əlləri ilə) üzlərinə və çiyinlərinə qədər, əllərinin iç tərəfləri ilə qoltuq altına qədər məsh çəkdilər”.”
İstinad
Nəsəi, 314 (Təharət, 314)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı