Təyəmmümün başqa bir növü və əllərə üfürmək
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَلَمَةَ ، عَنْ أَبِي مَالِكٍ ، وَعَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى قَالَ : كُنَّا عِنْدَ عُمَرَ فَأَتَاهُ رَجُلٌ فَقَالَ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ رُبَّمَا نَمْكُثُ الشَّهْرَ وَالشَّهْرَيْنِ وَلاَ نَجِدُ الْمَاءَ ، فَقَالَ عُمَرُ : أَمَّا أَنَا فَإِذَا لَمْ أَجِدِ الْمَاءَ لَمْ أَكُنْ لأُصَلِّيَ حَتَّى أَجِدَ الْمَاءَ ، فَقَالَ عَمَّارُ بْنُ يَاسِرٍ : أَتَذْكُرُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ حَيْثُ كُنْتَ بِمَكَانِ كَذَا وَكَذَا وَنَحْنُ نَرْعَى الإِبِلَ ، فَتَعْلَمُ أَنَّا أَجْنَبْنَا . قَالَ : نَعَمْ . أَمَّا أَنَا فَتَمَرَّغْتُ فِي التُّرَابِ ، فَأَتَيْنَا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَضَحِكَ فَقَالَ : إِنْ كَانَ الصَّعِيدُ لَكَافِيكَ ، وَضَرَبَ بِكَفَّيْهِ إِلَى الأَرْضِ ، ثُمَّ نَفَخَ فِيهِمَا ، ثُمَّ مَسَحَ وَجْهَهُ وَبَعْضَ ذِرَاعَيْهِ . فَقَالَ : اتَّقِ اللَّهَ يَا عَمَّارُ . فَقَالَ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِنْ شِئْتَ لَمْ أَذْكُرْهُ . قَالَ : لاَ . وَلَكِنْ نُوَلِّيكَ مِنْ ذَلِكَ مَا تَوَلَّيْتَ
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Ömərin yanında idik. Bir kişi gəlib dedi: “Ey möminlərin əmiri! Hərdən biz bir yerdə bir-iki ay qalırıq və su tapa bilmirik”. Ömər dedi: “O ki qaldı mənə, mən su olmadıqda su tapana qədər namaz qılmıram”. Ammər ibn Yasir dedi: “Ey möminlərin əmiri, məgər sənin yadında deyilmi, biz filan yerdə idik və dəvələri otarırdıq. Biz cənabət halında idik. Mən özümü torpağa sürtdüm. Peyğəmbərin ﷺ yanına gəldikdə o, güldü və dedi: “Sənə ovcunu torpağa vurmaq kifayət edərdi. Sonra onlara üfürüb üzünə və dirsəklərinin bəzi hissələrinə məsh etmək kifayət edərdi”. Ömər dedi: “Ey Ammər, Allahdan qorx!” Ammər dedi: “Ey möminlərin əmiri, istəyirsənsə, bunu heç kəsə danışmayım!” Ömər dedi: “Xeyr, boynuna götürdüyün bu məsuliyyəti sənin öhdənə buraxırıq”.”
İstinad
Nəsəi, 316 (Təharət, 316)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı