Təmizlənmə kitabı

Cənabət halında olanın təyəmmüm etməsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ قَالَ : كُنْتُ جَالِسًا مَعَ عَبْدِ اللهِ وَأَبِي مُوسَى ، فَقَالَ أَبُو مُوسَى : أَوْ لَمْ تَسْمَعْ قَوْلَ عَمَّارٍ لِعُمَرَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَاجَةٍ فَأَجْنَبْتُ فَلَمْ أَجِدِ الْمَاءَ فَتَمَرَّغْتُ بِالصَّعِيدِ ، ثُمَّ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ : إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَقُولَ هَكَذَا ، وَضَرَبَ بِيَدَيْهِ عَلَى الأَرْضِ ضَرْبَةً فَمَسَحَ كَفَّيْهِ ثُمَّ نَفَضَهُمَا ، ثُمَّ ضَرَبَ بِشِمَالِهِ عَلَى يَمِينِهِ وَبِيَمِينِهِ عَلَى شِمَالِهِ عَلَى كَفَّيْهِ وَوَجْهِهِ فَقَالَ عَبْدُ اللهِ : أَوَ لَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِقَوْلِ عَمَّارٍ.

“Rəvayət edilir ki, Şəqiq ﵀ demişdir: “Bir dəfə Abdullah ibn Məsud və Əbu Musa ilə birlikdə oturmuşdum. Əbu Musa dedi: “Ammərin Ömərə dediyi sözü eşitmisənmi? (Ammər belə deyib:) “Allah Elçisi ﷺ məni bir ehtiyac üçün göndərmişdi. Mən yolda cünub oldum. Qüsl almaq üçün su tapa bilmədim və torpaqda eşələndim. Sonra Peyğəmbərin ﷺ yanına gəlib baş verəni ona söylədim. O: “Sənə belə etmək kifayət edərdi”- deyib əllərini torpağa bir dəfə vurdu, sonra əl və ovuclarını bir-birinə sürtdü və onlara üfürdü. Sonra sol əlini sağ əlinə, sağ əlini də sol əlinə sürtdü. Sonra da üzünü məsh etdi”. Abdullah dedi: “Məgər görmədinmi ki, Ömər Ammərin sözü ilə kifayətlənmədi?!””

Şəqiq
Səhih

İstinad

Nəsəi, 320 (Təharət, 320)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı