Yatmamışdan qabaq qüsl almaq
أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَيْسٍ قَالَ : سَأَلْتُ عَائِشَةَ كَيْفَ كَانَ نَوْمُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْجَنَابَةِ ؟ أَيَغْتَسِلُ قَبْلَ أَنْ يَنَامَ أَوْ يَنَامُ قَبْلَ أَنْ يَغْتَسِلَ ؟ قَالَتْ : كُلُّ ذَلِكَ قَدْ كَانَ يَفْعَلُ . رُبَّمَا اغْتَسَلَ فَنَامَ وَرُبَّمَا تَوَضَّأَ فَنَامَ.
“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qeys ﵀ demişdir: “Mən Aişədən Allah Elçisinin ﷺ cənabət halında olarkən necə yatması haqda - onun yatmamışdan qabaq qüsl alaraq, yoxsa qüsl almadan yatması haqda soruşdum”. Aişə dedi: “Bunların hər ikisini edərdi. Hərdən qüsl alıb yatar, hərdən də dəstəmaz alıb yatardı”.”
İstinad
Nəsəi, 404 (Qüsl, 9)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı