Qüsl və təyəmmüm kitabı

Qüslu qapalı yerdə almaq

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا النُّفَيْلِيُّ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ يَعْلَى ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلاً يَغْتَسِلُ بِالْبَرَازِ ، فَصَعِدَ الْمِنْبَرَ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ وَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ حَلِيمٌ حَيِيٌّ سِتِّيرٌ يُحِبُّ الْحَيَاءَ وَالسَّتْرَ فَإِذَا اغْتَسَلَ أَحَدُكُمْ فَلْيَسْتَتِرْ.

“Yalə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişinin açıq yerdə qüsl aldığını gördü. Allah Elçisi ﷺ minbərə çıxdı, Allaha həmd etdi və Onu təriflədi, sonra buyurdu: “Həqiqətən, Allah ﷿ həlim, həyalı və örtəndir. Həyalı olmağı və örtünməyi sevir. Sizdən biriniz qüsl aldıqda (bir şey ilə) örtünsün”.”

Yalə
Səhih

İstinad

Nəsəi, 406 (Qüsl, 11)

Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı