Qüslu qapalı yerdə almaq
أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصِ بْنِ عَبْدِ اللهِ قَالَ : حَدَّثَنِي أَبِي قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بَيْنَمَا أَيُّوبُ عَلَيْهِ السَّلاَمُ يَغْتَسِلُ عُرْيَانًا خَرَّ عَلَيْهِ جَرَادٌ مِنْ ذَهَبٍ ، فَجَعَلَ يَحْثِي فِي ثَوْبِهِ . قَالَ : فَنَادَاهُ رَبُّهُ عَزَّ وَجَلَّ : يَا أَيُّوبُ أَلَمْ أَكُنْ أَغْنَيْتُكَ ؟ قَالَ : بَلَى . يَا رَبِّ وَلَكِنْ لاَ غِنَى بِي عَنْ بَرَكَاتِكَ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əyyub ﵇ çılpaq çimərkən onun üstünə qızıldan çəyirtkələr töküldü. O, (onları) paltarının (cibinə) yığmağa başladı. (Bu vaxt) Rəbbi ﷿ onu çağırıb: “Ey Əyyub! Məgər Mən səni zəngin etmədimmi?”- deyə buyurdu. Əyyub: “Bəli, lakin mən (hər zaman) Sənin bərəkətinə möhtacam”- deyə cavab verdi”.”
İstinad
Nəsəi, 409 (Qüsl, 14)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı