Bir qabdan su götürərək qüsl almağın icazəli olması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَاصِمٍ (ح) وَأَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَخْبَرَنَا عَبْدُ اللهِ ، عَنْ عَاصِمٍ ، عَنْ مُعَاذَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ أُبَادِرُهُ وَيُبَادِرُنِي حَتَّى يَقُولَ : دَعِي لِي ، وَأَقُولَ أَنَا : دَعْ لِي قَالَ سُوَيْدٌ : يُبَادِرُنِي وَأُبَادِرُهُ ، فَأَقُولُ دَعْ لِي دَعْ لِي.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə bir qabdan (su götürərək) qüsl alardım. O məni, mən də onu qabaqlayar, hətta o: “Mənə də su saxla!”- deyərdi. Mən də: “Mənə də saxla!”- deyərdim”.”
İstinad
Nəsəi, 414 (Qüsl, 19)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı