Cənabət qüslu aldıqda bədənin hər yerinə suyun dəyməsi
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ غَسَلَ يَدَيْهِ ، ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ، ثُمَّ يُخَلِّلُ رَأْسَهُ بِأَصَابِعِهِ حَتَّى إِذَا خُيِّلَ إِلَيْهِ أَنَّهُ قَدِ اسْتَبْرَأَ الْبَشَرَةَ غَرَفَ عَلَى رَأْسِهِ ثَلاَثًا ، ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ cənabət qüslu aldıqda əllərini yuyar, sonra namaz üçün alınan dəstəmaz kimi dəstəmaz alar, sonra barmaqları ilə dərisinə suyun çatmasına əmin olana qədər saçının dibinə su çatdırar, başına üç dəfə su tökər, sonra bədəninin qalan yerlərini yuyardı”.”
İstinad
Nəsəi, 423 (Qüsl, 28)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı