Heyz halı bitdikdə alınan qüsl
أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا مَنْصُورُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أُمِّهِ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ امْرَأَةً سَأَلَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ : يَا رَسُولَ اللهِ كَيْفَ أَغْتَسِلُ عِنْدَ الطُّهُورِ ؟ قَالَ : خُذِي فِرْصَةً مُمَسَّكَةً فَتَوَضَّئِي بِهَا . قَالَتْ : كَيْفَ أَتَوَضَّأُ بِهَا ؟ قَالَ : تَوَضَّئِي بِهَا . قَالَتْ : كَيْفَ أَتَوَضَّأُ بِهَا ؟ قَالَتْ : ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَبَّحَ وَأَعْرَضَ عَنْهَا ، فَفَطِنَتْ عَائِشَةُ لِمَا يُرِيدُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ : فَأَخَذْتُهَا وَجَبَذْتُهَا إِلَيَّ فَأَخْبَرْتُهَا بِمَا يُرِيدُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Aişə ﵂ rəvayət edir ki, bir qadın Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, (heyzdən) təmizləndikdə necə qüsl almalıyam?” O dedi: “Bir parçanı götür və onunla təmizlən”. Qadın dedi: “Onunla necə təmizlənim?” Peyğəmbər ﷺ dedi: “Onunla təmizlən”. Qadın yenə dedi: “Onunla necə təmizlənim?” Aişə dedi: “Sonra Allah Elçisi ﷺ Allahı təsbih etdi və üzünü döndərdi”. Aişə dedi: “Mən Allah Elçisinin ﷺ nə demək istədiyini başa düşüb qadını bir tərəfə çəkdim və Allah Elçisinin ﷺ nə demək istədiyini ona başa saldım”.”
İstinad
Nəsəi, 427 (Qüsl, 32)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı