Qüsl və təyəmmüm kitabı

Yeni doğmuş qadının ehrama girdikdə yuyunması

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى وَيَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ وَاللَّفْظُ لَهُ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ قَالَ : حَدَّثَنِي أَبِي قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ الْوَدَاعِ فَحَدَّثَنَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقَعْدَةِ . وَخَرَجْنَا مَعَهُ حَتَّى إِذَا أَتَى ذَا الْحُلَيْفَةِ وَلَدَتْ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ ، فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ أَصْنَعُ ؟ فَقَالَ : اغْتَسِلِي ثُمَّ اسْتَثْفِرِي ثُمَّ أَهِلِّي.

“Cəfər ibn Muhəmməd atasının ﵀ belə rəvayət etdiyini demişdir: “Cabir ibn Abdullahın yanına gəlib Vida həcci haqda soruşduq. O da dedi: “Zul-Qadə ayından beş gün qalmışdı və biz Allah Elçisi ﷺ ilə çıxıb Zul-Huleyfə adlı yerə çatdıq. Ora çatdıqda Əsma bint Umeys Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Nə etməsini soruşması üçün Allah Elçisinin ﷺ yanına adam göndərdi. O dedi: “Yuyun və qanı saxlamaq üçün əski parçasından istifadə et, sonra ehrama gir!””

Cəfər ibn Muhəmməd atasından
Səhih

İstinad

Nəsəi, 429 (Qüsl, 34)

Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı