Torpaqla təyəmmüm etmək
أَخْبَرَنَا الْحَسَنُ بْنُ إِسْمَاعِيلَ بْنِ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَنْبَأَنَا سَيَّارٌ ، عَنْ يَزِيدَ الْفَقِيرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِي : نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ ، وَجُعِلَتْ لِي الأَرْضُ مَسْجِدًا وَطَهُورًا فَأَيْنَمَا أَدْرَكَ الرَّجُلَ مِنْ أُمَّتِي الصَّلاَةُ يُصَلِّي ، وَأُعْطِيتُ الشَّفَاعَةَ وَلَمْ يُعْطَ نَبِيٌّ قَبْلِي ، وَبُعِثْتُ إِلَى النَّاسِ كَافَّةً ، وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənə məndən qabaq heç kəsə verilməyən beş şey verildi: düşmənin qəlbinə bir ay əvvəldən qorxunun düşməsi; yer üzünün hamısı mənim üçün təmiz və səcdəgah oldu, belə ki, mənim ümmətimdən hər kəs namazın vaxtı girdikdə namazını qılır; mənə məndən qabaq heç bir peyğəmbərə verilməyən şəfaət verildi; insanların hamısına peyğəmbər olaraq göndərildim, halbuki, bütün peyğəmbərlər xas olaraq öz qövmlərinə göndərilirdi”.”
İstinad
Nəsəi, 432 (Qüsl, 37)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı