Məzi gəldiyinə görə dəstəmaz almaq
أَخْبَرَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدُ بْنُ يَزِيدَ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : تَذَاكَرَ عَلِيٌّ وَالْمِقْدَادُ وَعَمَّارٌ فَقَالَ : عَلِيٌّ : إِنِّي امْرُؤٌ مَذَّاءٌ وَإِنِّي أَسْتَحِي أَنْ أَسْأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ مِنِّي , فَيَسْأَلُهُ أَحَدُكُمَا - فَذَكَرَ لِي أَنَّ أَحَدَهُمَا , وَنَسِيتُهُ , سَأَلَهُ - فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ذَاكَ الْمَذْيُ إِذَا وَجَدَهُ أَحَدُكُمْ فَلْيَغْسِلْ ذَلِكَ مِنْهُ , وَلْيَتَوَضَّأْ وُضُوءَهُ لِلصَّلاَةِ أَوْ كَوُضُوءِ الصَّلاَةِ. الاِخْتِلاَفُ عَلَى سُلَيْمَانَ
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Əli, əl-Miqdad və Ammər öz aralarında danışırdılar. Əli dedi: “Məndən çoxlu məzi gəlir. Mən bunu Allah Elçisindən ﷺ soruşmağa həya edirəm, çünki onun qızı mənim zövcəmdir. Sizdən biriniz ondan soruşsun”. İkisindən biri – kim olduğu yadımda qalmadı - bu haqda Peyğəmbərdən ﷺ soruşdu. Peyğəmbər ﷺ dedi: “Bu, məzidir. Sizdən biriniz onu görsə, ondan təmizlənsin və namaz üçün alınan dəstəmaz kimi dəstəmaz alsın”.”
İstinad
Nəsəi, 435 (Qüsl, 40)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı