Məzi gəldiyinə görə dəstəmaz almaq
أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللهِ قَالَ : قُرِئَ عَلَى مَالِكٍ وَأَنَا أَسْمَعُ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنِ الْمِقْدَادِ بْنِ الأَسْوَدِ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ أَمَرَهُ أَنْ يَسْأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ إِذَا دَنَا مِنَ الْمَرْأَةِ فَخَرَجَ مِنْهُ الْمَذْيُ - فَإِنَّ عِنْدِي ابْنَتَهُ وَأَنَا أَسْتَحْيِي أَنْ أَسْأَلَهُ - فَسَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ , فَقَالَ : إِذَا وَجَدَ أَحَدُكُمْ ذَلِكَ فَلْيَنْضَحْ فَرْجَهُ وَلْيَتَوَضَّأْ وَضُوءَهُ لِلصَّلاَةِ.
“əl-Miqdad ibn əl-Əsvəd ﵁ rəvayət edir ki, Əli ibn Əbu Talib ﵁ ona dedi ki, o, qadınına yaxınlaşan və məzi çıxan kişi haqda Allah Elçisindən ﷺ soruşsun. Əli deyir: “Allah Elçisinin ﷺ qızı mənim zövcəm olduğuna görə ondan soruşmağa həya edirdim”. əl-Miqdad bunu Peyğəmbərdən ﷺ soruşduqda o dedi: “Sizdən biriniz bunu (məzinin gəlməsini) hiss etsə, övrətini yusun və namaza alınan dəstəmaz kimi dəstəmaz alsın”.”
İstinad
Nəsəi, 440 (Qüsl, 45)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı