İlk tikilən məscid hansıdır?
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ قَالَ : كُنْتُ أَقْرَأُ عَلَى أَبِي الْقُرْآنَ فِي السِّكَّةِ ، فَإِذَا قَرَأْتُ السَّجْدَةَ سَجَدَ ، فَقُلْتُ : يَا أَبَتِ ، أَتَسْجُدُ فِي الطَّرِيقِ ؟ فَقَالَ : إِنِّي سَمِعْتُ أَبَا ذَرٍّ يَقُولُ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَيُّ مَسْجِدٍ وُضِعَ أَوَّلاً ؟ قَالَ : الْمَسْجِدُ الْحَرَامُ . قُلْتُ : ثُمَّ أَيٌّ ؟ قَالَ : الْمَسْجِدُ الأَقْصَى . قُلْتُ : وَكَمْ بَيْنَهُمَا ؟ قَالَ : أَرْبَعُونَ عَامًا . وَالأَرْضُ لَكَ مَسْجِدٌ فَحَيْثُمَا أَدْرَكْتَ الصَّلاَةَ فَصَلِّ.
“Rəvayət edilir ki, İbrahim ﵀ demişdir: “Səfərdə atama Quran oxuyurdum. Səcdə ayəsinə çatdıqda o, səcdə edərdi. Mən ona dedim: “Atacan, sən yolda səcdə edirsən?!” O dedi: “Mən Əbu Zərin belə dediyini eşitdim: “Mən Allah Elçisindən ﷺ soruşdum: “İlk tikilən məscid hansıdır?” O dedi: “Haram məscidi (Kəbə)”. Mən dedim: “Sonra hansı?” O dedi: “Əqsa (Qüds) məscidi”. Mən dedim: “Onların arasında nə qədər vaxt olub?” O dedi: “Qırx il. Yer üzü sənin üçün səcdəgahdır. Namazın vaxtına harada yetişsən, orada da namazını qıl”.”
İstinad
Nəsəi, 690 (Məscidlər, 3)
Sunən ən-Nəsəi — Məscidlər kitabı