Kəbənin içində namaz qılmaq
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ قَالَ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ هُوَ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَبِلاَلٌ وَعُثْمَانُ بْنُ طَلْحَةَ فَأَغْلَقُوا عَلَيْهِمْ ، فَلَمَّا فَتَحَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُنْتُ أَوَّلَ مَنْ وَلَجَ فَلَقِيتُ بِلاَلاً فَسَأَلْتُهُ : هَلْ صَلَّى فِيهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ . صَلَّى بَيْنَ الْعَمُودَيْنِ الْيَمَانِيَيْنِ.
“Səlim atasının ﵁ belə dediyini rəvayət edir: “Allah Elçisi ﷺ, Usamə ibn Zeyd, Bilal və Osman ibn Talha Kəbənin içinə girərək qapını bağladılar. Allah Elçisi ﷺ qapını açdıqda oraya birinci mən daxil oldum və Bilalı gördüm. Ondan soruşdum: “Allah Elçisi ﷺ Kəbənin içində namaz qıldımı?” O dedi: “O, iki Yəmən dirəyinin arasında namaz qıldı”.”
İstinad
Nəsəi, 692 (Məscidlər, 5)
Sunən ən-Nəsəi — Məscidlər kitabı