Məscidlər kitabı

Təqva üzərində tikilən məscid

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عِمْرَانَ بْنِ أَبِي أَنَسٍ ، عَنِ ابْنِ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنْ أَبِيهِ قَالَ : تَمَارَى رَجُلاَنِ فِي الْمَسْجِدِ الَّذِي أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ يَوْمٍ ، فَقَالَ رَجُلٌ : هُوَ مَسْجِدُ قُبَاءَ ، وَقَالَ الآخَرُ : هُوَ مَسْجِدُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هُوَ مَسْجِدِي هَذَا.

“İbn Əbu Səid əl-Xudri atasının ﵁ belə dediyini rəvayət edir: “İki nəfər ilk gündən təqva üzərində tikilən məscid haqda höcətləşdilər. Biri dedi: “Bu, Qubə məscididir”. O birisi dedi: “O, Allah Elçisinin ﷺ məscididir”. Allah Elçisi ﷺ isə buyurdu: “O, mənim bu məscidimdir”.”

İbn Əbu Səid əl-Xudri atasından
Səhih

İstinad

Nəsəi, 697 (Məscidlər, 10)

Sunən ən-Nəsəi — Məscidlər kitabı