Kilsə və sinaqoqları məscid etmək
أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ مُلاَزِمٍ قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ بَدْرٍ ، عَنْ قَيْسِ بْنِ طَلْقٍ ، عَنْ أَبِيهِ طَلْقِ بْنِ عَلِيٍّ قَالَ : خَرَجْنَا وَفْدًا إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَايَعْنَاهُ ، وَصَلَّيْنَا مَعَهُ وَأَخْبَرْنَاهُ أَنَّ بِأَرْضِنَا بِيعَةً لَنَا ، فَاسْتَوْهَبْنَاهُ مِنْ فَضْلِ طَهُورِهِ فَدَعَا بِمَاءٍ فَتَوَضَّأَ وَتَمَضْمَضَ ، ثُمَّ صَبَّهُ فِي إِدَاوَةٍ وَأَمَرَنَا فَقَالَ : اخْرُجُوا فَإِذَا أَتَيْتُمْ أَرْضَكُمْ فَاكْسِرُوا بِيعَتَكُمْ وَانْضَحُوا مَكَانَهَا بِهَذَا الْمَاءِ وَاتَّخِذُوهَا مَسْجِدًا قُلْنَا : إِنَّ الْبَلَدَ بَعِيدٌ , وَالْحَرَّ شَدِيدٌ , وَالْمَاءَ يَنْشُفُ فَقَالَ : مُدُّوهُ مِنَ الْمَاءِ ؛ فَإِنَّهُ لاَ يَزِيدُهُ إِلاَّ طِيبًا فَخَرَجْنَا حَتَّى قَدِمْنَا بَلَدَنَا فَكَسَرْنَا بِيعَتَنَا ، ثُمَّ نَضَحْنَا مَكَانَهَا , وَاتَّخَذْنَاهَا مَسْجِدًا ، فَنَادَيْنَا فِيهِ بِالأَذَانِ , قَالَ : وَالرَّاهِبُ رَجُلٌ مِنْ طيِّئٍ ، فَلَمَّا سَمِعَ الأَذَانَ قَالَ : دَعْوَةُ حَقٍّ ، ثُمَّ اسْتقْبَلَ تَلْعَةً مِنْ تِلاَعِنَا فَلَمْ نَرَهُ بَعْدُ.
“Rəvayət edilir ki, Talq ibn Əli ﵁ demişdir: “Biz bir dəstə heyət olaraq Peyğəmbərin ﷺ yanına gəldik. Ona beyət etdik və onunla birgə namaz qıldıq. Ona dedik ki, bizim torpağımızda kilsə və sinaqoq var. Biz Peyğəmbərdən ﷺ dəstəmazından artıq qalan su istədik. O, bir qab su istədi. Dəstəmaz aldı və ağzını yaxaladı. Sonra o suyu bir qaba töküb bizə dedi: “Gedin öz torpaqlarınıza! Ora çatdıqda kilsə və sinaqoqu dağıdın. Bu suyu onun yerinə səpin və oranı məscid edin!” Biz dedik: “Bizim şəhərimiz uzaqdadır, hava da çox istidir. Bu su yolda buxarlanacaq”. O dedi: “Onun üzərinə əlavə su tökün. Həqiqətən, bu, onun yalnız yaxşılığını artırar”. Biz çıxıb getdik və öz şəhərimizə çatdıq. Kilsə və sinaqoqu dağıtdıq. Sonra suyu onun yerinə səpdik. Oranı məscid etdik və orada azan verdik. Rahib Tay tayfasından idi. O, azanı eşitdikdə dedi: “Haqq dəvətdir”. Sonra üzünü çevirib vadinin çökək yerlərinə tərəf getdi. Sonra biz onu görmədik”.”
İstinad
Nəsəi, 701 (Məscidlər, 14)
Sunən ən-Nəsəi — Məscidlər kitabı