Məscidlər kitabı

Məsciddə barmaqları bir-birinə keçirmək

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ قَالَ : دَخَلْتُ أَنَا وَعَلْقَمَةُ عَلَى عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ فَقَالَ لَنَا : أَصَلَّى هَؤُلاَءِ ؟ قُلْنَا : لاَ . قَالَ : قُومُوا فَصَلُّوا . فَذَهَبْنَا لِنَقُومَ خَلْفَهُ ، فَجَعَلَ أَحَدَنَا عَنْ يَمِينِهِ وَالآخَرَ عَنْ شِمَالِهِ ، فَصَلَّى بِغَيْرِ أَذَانٍ وَلاَ إِقَامَةٍ ، فَجَعَلَ إِذَا رَكَعَ شَبَّكَ بَيْنَ أَصَابِعِهِ وَجَعَلَهَا بَيْنَ رُكْبَتَيْهِ وَقَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Mən və Alqamə Abdullah ibn Məsudun yanına gəldik. O, bizə dedi: “Bunlar namaz qılıblarmı?” Biz: ”Xeyr”- dedik. O dedi: “Qalxın və namaz qılın!” Biz qalxdıq və onun arxasında durduq. Birimizi sağına, digərimizi sol tərəfinə keçirib azan və iqaməsiz namaz qıldı. Ruku etdikdə barmaqlarını bir-birinə keçirərək dizlərinin arasına qoydu və dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

əl-Əsvəd
Səhih

İstinad

Nəsəi, 719 (Məscidlər, 32)

Sunən ən-Nəsəi — Məscidlər kitabı