Məscidlər kitabı

Məsciddə arxası üstə uzanmaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ ، عَنْ عَمِّهِ أَنَّهُ ، رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُسْتَلْقِيًا فِي الْمَسْجِدِ وَاضِعًا إِحْدَى رِجْلَيْهِ عَلَى الأُخْرَى.

“Abbad ibn Təmim ﵀ rəvayət edir ki, onun əmisi Allah Elçisinin ﷺ məsciddə arxası üstə bir ayağını digərinin üzərinə qoyaraq uzandığını görmüşdür.”

Abbad ibn Təmim
Səhih

İstinad

Nəsəi, 721 (Məscidlər, 34)

Sunən ən-Nəsəi — Məscidlər kitabı