Həsir üzərində namaz qılmaq
أَخْبَرَنَا سَعِيدُ بْنُ يَحْيَى بْنِ سَعِيدٍ الأُمَوِيُّ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ أُمَّ سُلَيْمٍ سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَأْتِيَهَا فَيُصَلِّيَ فِي بَيْتِهَا فَتَتَّخِذَهُ مُصَلًّى ، فَأَتَاهَا فَعَمِدَتْ إِلَى حَصِيرٍ فَنَضَحَتْهُ بِمَاءٍ ، فَصَلَّى عَلَيْهِ وَصَلَّوْا مَعَهُ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Ummu Suleym Allah Elçisindən ﷺ onun evinə gəlib namaz qılmasını və onun da həmin yeri namazgah etməsini istədi. Allah Elçisi ﷺ onun evinə gəldikdə Ummu Suleym onun üçün həsir sərdi və üzərinə su çilədi. Allah Elçisi ﷺ həsirin üzərində namaz qıldı və onlar da Peyğəmbərlə ﷺ birlikdə namaz qıldılar.”
İstinad
Nəsəi, 737 (Məscidlər, 50)
Sunən ən-Nəsəi — Məscidlər kitabı