Məscidlər kitabı

Minbər üzərində namaz qılmaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ : حَدَّثَنِي أَبُو حَازِمِ بْنُ دِينَارٍ : أَنَّ رِجَالاً أَتَوْا سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِيَّ ، وَقَدْ امْتَرَوْا فِي الْمِنْبَرِ مِمَّ عُودُهُ ؟ فَسَأَلُوهُ عَنْ ذَلِكَ فَقَالَ : وَاللَّهِ إِنِّي لأَعْرِفُ مِمَّ هُوَ ، وَلَقَدْ رَأَيْتُهُ أَوَّلَ يَوْمٍ وُضِعَ ، وَأَوَّلَ يَوْمٍ جَلَسَ عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى فُلاَنَةَ امْرَأَةٍ - قَدْ سَمَّاهَا سَهْلٌ - : أَنْ مُرِي غُلاَمَكِ النَّجَّارَ أَنْ يَعْمَلَ لِي أَعْوَادًا أَجْلِسُ عَلَيْهِنَّ إِذَا كَلَّمْتُ النَّاسَ . فَأَمَرَتْهُ فَعَمِلَهَا مِنْ طَرْفَاءِ الْغَابَةِ ، ثُمَّ جَاءَ بِهَا ، فَأُرْسِلَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَ بِهَا فَوُضِعَتْ هَا هُنَا ، ثُمَّ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَقِيَ فَصَلَّى عَلَيْهَا وَكَبَّرَ وَهُوَ عَلَيْهَا ، ثُمَّ رَكَعَ وَهُوَ عَلَيْهَا ، ثُمَّ نَزَلَ الْقَهْقَرَى فَسَجَدَ فِي أَصْلِ الْمِنْبَرِ ، ثُمَّ عَادَ فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ إِنَّمَا صَنَعْتُ هَذَا لِتَأْتَمُّوا بِي وَلِتَعَلَّمُوا صَلاَتِي.

“Əbu Hazim ibn Dinar ﵀ rəvayət edir ki, bəzi kəslər Səhl ibn Səd əs-Səidinin yanına gələrək minbərin hansı taxtadan düzəldilməsi haqda mübahisə edirdilər. Bu haqda ona sual verdilər: “Allaha and olsun ki, mən minbərin hansı ağacdan düzəldildiyini bilirəm. Minbərin qoyulduğu ilk günü və Allah Elçisinin ﷺ onun üzərində oturduğunu da görmüşəm. Allah Elçisi ﷺ bir qadını filan qadının yanına göndərdi”. Bu əsnada Səhl onun adını çəkdi: “Sənin yanında olan dülgərə de ki, insanlarla danışarkən üzərində oturmaq üçün mənə taxtadan bir kürsü düzəltsin”. O da onu Tarfa deyilən ağacdan düzəltdi. Sonra onu Allah Elçisinin ﷺ yanına göndərdi. Allah Elçisi ﷺ də onu bu gördüyümüz yerdə qoydu. Sonra Allah Elçisi ﷺ onun üzərinə çıxıb təkbir etdi. Sonra onun üzərində ruku etdi. Sonra arxaya gedərək yerə düşdü və minbərin ayağında səcdə etdi. Namazı bitirdikdən sonra insanlara doğru yönələrək dedi: “Ey insanlar! Sizin mənə tabe olmağınız və mənim namazımı öyrənməyiniz üçün belə etdim”.”

Əbu Hazim ibn Dinar
Səhih

İstinad

Nəsəi, 739 (Məscidlər, 52)

Sunən ən-Nəsəi — Məscidlər kitabı