Rukuda Rəbbi təzim etmək
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُلَيْمَانَ بْنِ سُحَيْمٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللهِ بْنِ مَعْبَدِ بْنِ عَبَّاسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَشَفَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السِّتَارَةَ وَالنَّاسُ صُفُوفٌ خَلْفَ أَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ ، فَقَالَ : أَيُّهَا النَّاسُ ، إِنَّهُ لَمْ يَبْقَ مِنْ مُبَشِّرَاتِ النُّبُوَّةِ إِلاَّ الرُّؤْيَا الصَّالِحَةُ يَرَاهَا الْمُسْلِمُ أَوْ تُرَى لَهُ ثُمَّ قَالَ : أَلاَ إِنِّي نُهِيتُ أَنْ أَقْرَأَ رَاكِعًا أَوْ سَاجِدًا ، فَأَمَّا الرُّكُوعُ فَعَظِّمُوا فِيهِ الرَّبَّ ، وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِي الدُّعَاءِ قَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ pərdəni açdı. İnsanlar Əbu Bəkrin ﵁ arxasında saf tutaraq namaz qılırdılar. Peyğəmbər ﷺ buyurdu: “Ey insanlar! Peyğəmbərlik müjdələrindən yalnız saleh yuxu qalıb. Bir müsəlman ya özü yuxu görər, ya da onu yuxuda görərlər”. Sonra Peyğəmbər ﷺ buyurdu: “Bilin ki, mənə ruku və səcdədə Quran oxumaq qadağan edildi. Rukuya gəldikdə, rukuda Rəbbinizi təzim edin. Səcdəyə gəldikdə isə, səcdədə duanı çoxaldın. Bu duanın qəbul olunmaq ehtimalı daha çoxdur”.”
İstinad
Nəsəi, 1045 (Tətbiq, 17)
Sunən ən-Nəsəi — Tətbiq kitabı