Rukuda zikri tərk etməyin icazəli olması
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا بَكْرُ بْنُ مُضَرَ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ عَلِيِّ بْنِ يَحْيَى الزُّرَقِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ عَمِّهِ ، وَكَانَ بَدْرِيًّا ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ رَجُلٌ الْمَسْجِدَ فَصَلَّى وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْمُقُهُ وَلاَ يَشْعُرُ ، ثُمَّ انْصَرَفَ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلَّمَ عَلَيْهِ ، فَرَدَّ عَلَيْهِ السَّلاَمَ ، ثُمَّ قَالَ : ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ، قَالَ : لاَ أَدْرِي فِي الثَّانِيَةِ أَوْ فِي الثَّالِثَةِ قَالَ : وَالَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ لَقَدْ جَهِدْتُ فَعَلِّمْنِي وَأَرِنِي ، قَالَ : إِذَا أَرَدْتَ الصَّلاَةَ فَتَوَضَّأْ فَأَحْسِنِ الْوُضُوءَ ، ثُمَّ قُمْ فَاسْتَقْبِلِ الْقِبْلَةَ ، ثُمَّ كَبِّرْ ، ثُمَّ اقْرَأْ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ رَأْسَكَ حَتَّى تَطْمَئِنَّ قَاعِدًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، فَإِذَا صَنَعْتَ ذَلِكَ فَقَدْ قَضَيْتَ صَلاَتَكَ وَمَا انْتَقَصْتَ مِنْ ذَلِكَ فَإِنَّمَا تَنْقُصُهُ مِنْ صَلاَتِكَ.
“Əli ibn Yəhyə əz-Zuraqi atasından və Bədr əhlindən olan əmisindən ﵄ rəvayət edərək demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə idik. Məscidə bir kişi gəldi və namaz qıldı. Onun bundan xəbəri olmadan Allah Elçisi ﷺ onu müşahidə edirdi. Sonra Allah Elçisinin ﷺ yanına gəlib salam verdi. Allah Elçisi ﷺ onun salamını aldıqdan sonra ona dedi: “Qayıt namaz qıl, çünki sən namaz qılmadın”. O dedi: “Mən başqa cür namaz qıla bilmirəm”. Kişi ikinci və ya üçüncü dəfə də belə dedi: “Sənə Kitabı nazil edənə and olsun ki, mən bacardığımı etdim. Mənə öyrət və göstər”. Allah Elçisi ﷺ dedi: “Namaz qılmaq istədikdə dəstəmaz al və bunu gözəl şəkildə et! Sonra qalx, qibləyə yönəl və təkbir et! Sonra Qurandan oxu, sonra ruku et və rukuda rahatlanana qədər qal! Sonra qamətin tam düzələnə qədər qalx! Sonra səcdə et və səcdədə rahatlanana qədər qal! Sonra başını qaldır və rahatlanana qədər otur! Sonra yenə səcdə et və səcdədə rahatlanana qədər qal! Belə etsən, artıq namazını qılmış olarsan. Bundan nə əskiltsən, namazından da o qədər əskilər”.”
İstinad
Nəsəi, 1053 (Tətbiq, 25)
Sunən ən-Nəsəi — Tətbiq kitabı