Tətbiq kitabı

İmam başını rukudan qaldırdıqda nə deyir?

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا افْتَتَحَ الصَّلاَةَ رَفَعَ يَدَيْهِ حَذْوَ مَنْكِبَيْهِ ، وَإِذَا كَبَّرَ لِلرُّكُوعِ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَهُمَا كَذَلِكَ أَيْضًا ، وَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ، وَكَانَ لاَ يَفْعَلُ ذَلِكَ فِي السُّجُودِ

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ namaza başladıqda və ruku üçün təkbir etdikdə, əllərini çiyinləri səviyyəsində qaldırardı. Həmçinin başını rukudan qaldırdıqda əllərini qaldırar və “Səmi Alla:hu limən həmidəh, Rabbənə: va ləkəl-həmd”- deyərdi. Səcdədə isə belə etməzdi.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 1059 (Tətbiq, 31)

Sunən ən-Nəsəi — Tətbiq kitabı