İmamın arxasında namaz qılan nə deyir?
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي نُعَيْمُ بْنُ عَبْدِ اللهِ ، عَنْ عَلِيِّ بْنِ يَحْيَى الزُّرَقِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ قَالَ : كُنَّا يَوْمًا نُصَلِّي وَرَاءَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، قَالَ رَجُلٌ وَرَاءَهُ : رَبَّنَا وَلَكَ الْحَمْدُ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنِ الْمُتَكَلِّمُ آنِفًا ؟ فَقَالَ الرَّجُلُ : أَنَا يَا رَسُولَ اللهِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ رَأَيْتُ بِضْعَةً وَثَلاَثِينَ مَلَكًا يَبْتَدِرُونَهَا أَيُّهُمْ يَكْتُبُهَا أَوَّلاً.
“Rəvayət edilir ki, Rifəa ibn Rafi ﵁ demişdir: “Bir gün biz Allah Elçisinin ﷺ arxasında namaz qılırdıq. O, rukudan qalxdıqda dedi: “Səmi Alla:hu limən həmidəh”. Onun arxasında bir kişi isə belə dedi: “Rabbənə: va ləkəl-həmd, həmdən kəsi:ran tayyibən mubə:rakən fi:hi!” Allah Elçisi ﷺ namazı bitirdikdən sonra dedi: “Bir az öncə danışan kim idi?” O kişi dedi: “Mən idim, ey Allahın Elçisi”. Allah Elçisi ﷺ dedi: “Mən artıq otuzdan çox mələyin bu kəlmələri hansının birinci yazması üçün yarışdığını gördüm”.”
İstinad
Nəsəi, 1062 (Tətbiq, 34)
Sunən ən-Nəsəi — Tətbiq kitabı