Səcdəyə getdikdə təkbir etmək
أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ غَيْلاَنَ بْنِ جَرِيرٍ ، عَنْ مُطَرِّفٍ ، قَالَ : صَلَّيْتُ أَنَا وَعِمْرَانُ بْنُ حُصَيْنٍ خَلْفَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، فَكَانَ إِذَا سَجَدَ كَبَّرَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ السُّجُودِ كَبَّرَ ، وَإِذَا نَهَضَ مِنَ الرَّكْعَتَيْنِ كَبَّرَ ، فَلَمَّا قَضَى أَخَذَ عِمْرَانُ بِيَدِي ، فَقَالَ : لَقَدْ ذَكَّرَنِي هَذَا - قَالَ كَلِمَةً يَعْنِي - صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Mutarrif ﵁ demişdir: “Mən və İmran ibn Husayn Əli ibn Əbu Talibin arxasında namaz qıldıq. O, səcdə etdikdə və başını səcdədən qaldırdıqda, təkbir etdi. İkinci rükətdən qalxdıqda, yenə təkbir etdi. (Namazını bitirdikdə) İmran mənim əlimdən tutdu və dedi: “Artıq bu mənə Muhəmmədin ﷺ namazını xatırlatdı”.”
İstinad
Nəsəi, 1082 (Tətbiq, 54)
Sunən ən-Nəsəi — Tətbiq kitabı